Prezident Əmir Pəhləvana ev hədiyyə etdi

 Prezident Əmir Pəhləvana ev hədiyyə etdi
  04 İyul 2020    Oxunub:7787
Prezident İlham Əliyev tanınmış yazıçı-dramaturq, şair Əmir Pəhləvana mənzil hədiyyə edib.
Azvision.az xəbər verir ki, dövlət başçısının göstərişi ilə Ə.Pəhləvana 4 otaqlı mənzilin sənədləri təqdim olunub.

Qeyd edək ki, Əmir Pəhləvan 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən dramaturq "Bakı", "Azərbaycan müəllimi", "İlham" kimi qəzetlərdə fəaliyyət göstərib.

Əmir Pəhləvan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissorudur.

Onun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş possovet ölkələrində, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub.

Azvision.az


Teqlər: ƏmirPəhləvan  





Xəbər lenti