Naxçıvanda 11 nəfər koronavirusdan ölüb

   Naxçıvanda 11 nəfər koronavirusdan ölüb
  03 İyul 2020    Oxunub:4741
“Naxçıvanda bu günə qədər 9290 test aparılıb. Ümumilikdə 142 yoluxma faktı aşkar edilib, onlardan 126-sı artıq sağalıb”.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB sədri bildirib ki, Naxçıvanda nəticəsi pozitiv çıxan 11 nəfər vəfat edib: “Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir”.

Azvision.az


Teqlər: Naxçıvan   Koronavirus  





Xəbər lenti