“Evdə özünü müalicə etmək lazım deyil” - PA-nın şöbə müdiri

  03 İyul 2020    Oxunub : 3057
 “Evdə özünü müalicə etmək lazım deyil” -    PA-nın şöbə müdiri
Özünü evdə müalicə etmək lazım deyil. Nəticə etibarı ilə həmin xəstələrin vəziyyəti sonradan pisləşir və xəstəxanaya düşür, ya da ağır vəziyyətdə olur.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bu zaman həkimlər üçün problem yaranır, müalicə çətinləşir: “Antiviral dərmanlarla ev şəraitində özbaşına müalicə düzgün deyil”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Xəstə   müalicə   dərman