“Ehtiyatlarımızın azalması çox cüzidir” - Şahmar Mövsümov

 “Ehtiyatlarımızın azalması çox cüzidir”  -    Şahmar Mövsümov
  03 İyul 2020    Oxunub:3907
Pandemiya iqtisadi artıma təsir edir. Tək Azərbaycanda deyil, dünya iqtisadiyyatında da tənəzzül gözlənilir. ABŞ-da işsizlik 15 faizə çatıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam, hətta profisitlə icra olunub.

“İqtisadiyyatda işsizliyin artmasının qarşısını almaq üçün görülən tədbirlər, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən paketlərin nəticəsində bizdə işsizliyin artımı bir o qədər də görsənmir. İnflyasiya sabit qalır. Ümid edirik ki, ilin sonuna böyük itkilərlə çıxmayacağıq. Valyuta bazarında də sabitlik bərqərar olunub. Neftin qiymətində dəyişiklik azalıb, Azərbaycanın makroiqtisadi vəziyyətinə uyğun səviyyədə tarazlaşıb. Ehtiyatlarımızın azalması çox cuzidir. Bütün bunların hamısı yaxşı zəmin yaradır ki, Azərbaycanda pandemiya dövründən çıxdıqdan sonra əvvəlki sürətli inkişafına qayıda bilək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: NazirlərKabineti  





Xəbər lenti