Ülvi Mehdiyev: “Bu icazələr ləğv olunur”

  Ülvi Mehdiyev:  “Bu icazələr ləğv olunur”
  03 İyul 2020    Oxunub:3626
“İqtisadiyyat Nazirliyinin apardığı araşdırmalar zamanı fəaliyyətinə icazə verilməyən təşkilatların çoxlu sayda işçisinə icazə aldıqları məlum olub”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.

Ü.Mehdiyev bildirib ki, bəzi təşkilatların əməkdaşlarının 50 faizinə icazə verilməsi nəzərdə tutulsa da, daha çox əməkdaşa icazə veriblər: “Bu icazələr ləğv olunur. Əməkdaşları ilə bağlı icazə alan təşkilatlar gündəlik elektron portallarına daxil olaraq, hansı əməkdaşlarının icazəsinin qüvvədə olmasını yoxlasınlar”.

Azvision.az


Teqlər: ASAN   Ülvi-Mehdiyev  





Xəbər lenti