84 nəfər yas mərasimində koronavirusa yoluxdu

  03 İyul 2020    Oxunub : 3009
 84 nəfər yas mərasimində koronavirusa yoluxdu
Azərbaycanda qadınlar arasında yoluxma sayı üstünlük təşkil edir, təxminən 54 faizdir. Bunun səbəbi qadınların daha çox yas yerlərində toplaşması ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra rayonlardan neqativ məlumatlar daxil olur: “Elə yas yeri var ki, oradan 84 nəfər Səhiyyə Nazirliyinin epidemioloji strukturları tərəfindən yeni yoluxmalar və təmaslar aşkar edilib”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Yas   yoluxma