Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

   Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu,  7 nəfər öldü
  03 İyul 2020    Oxunub:3110
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 8212 nəfərdir.

Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Koronavirus  





Xəbər lenti