TƏBİB Türkiyədən gələn həkimlərlə bağlı açıqlama verdi

TƏBİB Türkiyədən gələn həkimlərlə bağlı açıqlama verdi
  03 İyul 2020    Oxunub:2524
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil almış 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, bundan əvvəl REACT-C19 layihəsi çərçivəsində Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə apreldə start verilib.

Azvision.az



Teqlər: TƏBİB   Türkiyə   Həkim  





Xəbər lenti