Hərbçilər karantin rejiminə nəzarət üçün cəlb edildi

 Hərbçilər karantin rejiminə nəzarət üçün cəlb edildi
  03 İyul 2020    Oxunub:17902
“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub”.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti