Ölkəmizdə 33 minə yaxın narkoman var, 641 nəfəri qadındır

 Ölkəmizdə 33 minə yaxın narkoman var,  641 nəfəri qadındır
  03 İyul 2020    Oxunub:2452
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda bildirilib.

Qeyd olunub ki, onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

2020-ci ilin 5 ayı ərzində Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 359 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri “Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri “Digər ctimulyatorların (o cümlədən kofeyinli) qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri “Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

Hesabat dövründə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur və ekspertizadan cəmi 1405 nəfər keçib. Onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2020-cu ilin 5 ayı ərzində Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.

Azvision.az


Teqlər: Narkoloji   Narkotik  





Xəbər lenti