5,4 milyondan çox icbari tibbi sığorta xidməti göstərilib
Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (289 198), Yevlax (153 050),
Zaqatala (137 906), Xaçmaz (133 270) və Şəkidir (123 253). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 274 694), Ağdaş (413 111), Yevlax (379 846), Quba (322 440) və Şəki rayon Mərkəzi Xəstəxanalarıdır (304 595).
Qeyd edək ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax ƏB üzrə 531 413, Şəki-Zaqatala TƏB üzrə 511 642, Quba-Xaçmaz TƏB üzrə 379 225, Göyçay-Kürdəmir TƏB üzrə 270 448 və Dağlıq Şirvan TƏB üzrə 237 663 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (61 398) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (43 222),essensial (birincili) hipertenziya (40 149), insulindən asılı olmayan şəkərli diabet (32
448), normal hamiləliyin gedişi üzərində müşahidə (22 060), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (21 269) və s. xəstəliklər yer alır. Ümumilikdə 1205 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (686), oftalmologiya (278), nevrologiya/neyrocərrahiyyə (87), urologiya (78) və travmatologiya (47) üzrə əməliyyatlar çoxluq təşkil edir. Qeyd edək ki, kardiologiya/ürək-damar cərrahiyyəsi üzrə həyata keçirilən
əməliyyatlardan 35-i uşaqlar üzərində aparılıb.
Azvision.az