“Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir” - Prezident
Dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir: "Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir: “Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir”.
Prezident qeyd edib ki, Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir: “Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev