Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan edildi

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan edildi
  03 İyul 2020    Oxunub:7607
Azərbaycanın daha 8 şəhər və rayonunda xüsusi karantin rejimi tətbiq olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərlərində, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında xüsusi karantin rejimi tətbiq olunacaq.

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda isə həmin müddətdə xüsusi karantin rejimi uzadılacaq.

Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti