ASAN könüllülərindən polisə növbəti dəstək - FOTOLAR

  ASAN könüllülərindən polisə növbəti dəstək -    FOTOLAR
  02 İyul 2020    Oxunub:3757
2 iyul - Azərbaycan polisi günü münasibəti ilə ASAN könüllüləri tərəfindən postlarda və şəhərdə xidmət aparan polis işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda dəstək vermək məqsədi ilə “Birlikdəyik” layihəsi çərçivəsində antiseptik vasitələr və tibbi maskalar təqdim olunub.
Azvision.az xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu COVID-19 pandemiyası dövründə əhaliyə yardım və maarifləndirmə məqsədilə “Birlikdəyik” layihəsini həyata keçirir.



Hazırda 4 istiqamət üzrə həyata keçirilən bu sosial layihə çərçivəsində əhaliyə qida yardımlarının çatdırılmasını, antiseptik vasitələrin paylanılmasını, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunmasını eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.











Azvision.az


Teqlər: ASAN-Könüllüləri   Polis  





Xəbər lenti