Gülüstan Əliyevanın bacısı koronavirusa yoluxub

 Gülüstan Əliyevanın bacısı koronavirusa yoluxub
  02 İyul 2020    Oxunub:5218
"Koronavirus bizim ailədən də yan keçmədi. Bacım virusa yoluxub, indi ev şəraitində müalicə alır".
Bunu Azvision.az -a açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib.

Müğənni bacısına görə narahat olduğunu bildirib: "Bacımın vəziyyəti əvvəl ağır idi, indi səhhəti düzəlib. Evdə müalicələrini davam etdirir. Neçə vaxtdır ki, başımız ona qarışıb. Mən özüm də qorunuram. Tibbi maska taxıram, əlcək geyirəm. Spirt həmişə çantamda olur. Doğrudur, bacımın koronavirusa yoluxması əhvalımıza təsir edib. Amma son günlər sağalma müşahidə edilir, bu səbəbdən tezliklə əvvəlki vəziyyətə qayıdacağına ümid edirik".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: GülüstanƏliyeva  





Xəbər lenti