ASAN Könüllülərindən polisə dəstək aksiyası

ASAN Könüllülərindən polisə dəstək aksiyası
  02 İyul 2020    Oxunub:2523
İmişli regional "ASAN xidmət" mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı və İmişli rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə 2 iyul - Azərbaycan polisi günü münasibəti ilə "Polisə könüldən dəstək" sosial aksiyası təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbir çərçivəsində İmişli rayonunda ASAN könüllüləri tərəfindən polislə birgə vətəndaşlarla xüsusi karantin rejimi ilə bağlı koronavirus infeksiyasından qorunmağa və tibbi ləvazimatlardan istifadəyə, habelə yol keçidlərindən düzgün keçməyə dair söhbət aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim olunub.

Xatırladaq ki, 1918-ci ildə ilk polis orqanlarının təsis edilməsi ilə bağlı ölkəmizdə hər il 2 iyul Azərbaycan polisi günü kimi qeyd olunur.

Azvision.az



Teqlər: ASAN-Xidmət   Polis  





Xəbər lenti