“Bələdiyyə deyəndə hamının yadına torpaq düşür” - Komitə sədri

 “Bələdiyyə deyəndə hamının yadına torpaq düşür” -  Komitə sədri
  02 İyul 2020    Oxunub:3012
Digər strukturlardan fərqli olaraq bələdiyyələrdə gender bərabərliyinin təmin olunması çətin məsələdir. Bu seçkili orqandır, gərək namizəd olsun ki, insanlar da seçsin.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, son seçkilərdə bələdiyyələrin 39 faizinə qadınlar seçilib. Həmin şəxslərin 90 faizdən çoxu ali təhsillidir.

S.Novruzov, həmçinin bildirib ki, bələdiyyə seçkilərində şəhər yerlərində aktivlik olsa da, kəndlərdə namizəd tapılmır.

"Bələdiyyələrdə qadınların rolu kişilərdən daha çoxdur. Bələdiyyələrin gördüyü işlərin çoxu bilavasitə qadınların fəaliyyəti ilə bağlıdır. Gələcəkdə bunu hansı formada qanunvericilikdə müəyyənləşdirək ki, onlar daha aktiv olsun və geniş fəaliyyət göstərsinlər".

Komitə sədri qeyd edib ki, dövlət tərəfindən verilən dotasiyalardan səmərəli istifadə etməklə bələdiyyələr gəlir əldə edə bilər.

"Bu gün bələdiyyə məktəbi, bağçası, bələdiyyə qəbiristanlıqları, mədəniyyət evləri yoxdur. Bu, uzun müddətli və gəlirli perspektivdir. Əvvəllər bələdiyyə deyəndə hər kəsin yadına torpaq düşürdü. İndi bu məsələ yavaş-yavaş düzəlir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bələdiyyə  





Xəbər lenti