“Azərsu” rəhbəri Milli Məclisdə: Su problemi müzakirə olunur

“Azərsu” rəhbəri Milli Məclisdə:  Su problemi müzakirə olunur
  01 İyul 2020    Oxunub:3613
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən parlamentdə dinləmə keçirilir.

Bu barədə Azvision.az -a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev məlumat verib.
Onun sözlərinə görə, iclasda su problemləri ilə bağlı məsələ müzakirə olunur. Dinləmədə sözügedən komitənin sədri Sadiq Qurbanov, komitə üzvləri, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iştirak edirlər.

"Çox faydalı və maraqlı dinləmə oldu. Qarşılıqlı əməkdaşlıq formasında gələcəkdə seçicilərimizin qaldırdığı problemləri rahatlıqla həll edə biləcəyik. Spiker Sahibə xanıma da təşəkkür edirəm ki, bu dinləmənin təşkilini mümkun etdi".

iclas 3 saatdır ki, davam edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti