“Parlamentin fəaliyyəti dövlət başçısı tərəfindən dəstəklənir” - Spiker
Spiker bildirib ki, bu gün dünyanın tanımış liderləri və dövlət başçıları sırasında layiqli yer tutan Prezident İlham Əliyev parlamentarizm ənənələrinin inkişafına böyük töhfə verib, 8 il deputat olub:
"Avropa Şurasının Büro üzvü seçilib. Bu dövrdə AŞPA Azərbaycanın haqq səsini dəstəkləyən bir neçə qərar qəbul edib. Dövlət başçısı qanunvericirlik təşəbbüsünə əsaslanaraq bir çox qanun layihəsini parlamentə təqdim edir. Parlamentin qanunverici fəaliyyəti dövlət başçısı tərəfindən dəstəklənir”.
S.Qafarova qeyd edib ki, parlamentarizm ənənələrinin inkişafından danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır: “Mehriban Əliyeva 12 il deputat olub, 4 amnistiya aktının təşəbbüskarı olub, Azərbaycanı layiqincə təmsil edib. Ümumilikdə, Azərbaycan parlamentarizm sahəsində böyük inkişaf yolu keçib”.
Daha sonra Beynəlxalq Parlamentarizm Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Sahibə-Qafarova