İranın mina gəmisi Xəzərdə
"Camaran 2" eskadra mina tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib.
"Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. "Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.
İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.