DİN “Şəfa-broyler”lə bağlı səhvi düzəltdi - FOTO

DİN “Şəfa-broyler”lə bağlı səhvi düzəltdi - FOTO
  16 Yanvar 2014    Oxunub:1122
Xəbərin mətninin tərkibindən “Şəfa-broyler” şirkətinin adı çıxarılıb.
Ötən gün Daxili İşlər Nazirliyinin rəsmi saytında “Şəfa-broyler” şirkətinin müdirinin ölməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Suraxanı rayonundakı “Şəfa-broyler” şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb, nəticə də müdir ölüb.

Lakin, sonradan Suraxanı rayonu polis idarəsinin açıqlamasında ölən şəxsin “Şəfa-broyler”in müdirinin olmadığı qeyd olunub. Bildirilib ki, T.Tağıyev şirkətin ərazisində yerləşən başqa bir quşçuluq fermasının müdiri olub.

AzVision.az-ın məlumatına görə, bundan sonra Nazirlik rəsmi səhifələrində olan bu səhvi düzəldib. Xəbərin mətninin tərkibindən “Şəfa-broyler” şirkətinin adı çıxarılıb. Əvvəlki və indki xəbərin mətnlərini təqdim edirik:





AzVision.az


Teqlər:  





Xəbər lenti