“Karantin qaydalarına etinadsızlıq göstərilir” - Spiker

  “Karantin qaydalarına etinadsızlıq göstərilir” -    Spiker
  29 İyun 2020    Oxunub:2454
“Son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasının səbəbi bəzi vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimə, sanitariya və gigiyena, karantin rejimi qaydalarına ciddi riayət edilməməsidir.

“Bu qaydalara bir sıra hallarda etinadsızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti