“Azərbaycan beynəlxalq birlikdə çox ciddi rol oynayır” - Deputat

 “Azərbaycan beynəlxalq birlikdə çox ciddi rol oynayır” -  Deputat
  29 İyun 2020    Oxunub:2651
Prezident İlham Əliyev tərəfindən pandemiya şəraitində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə təşəbbüslə çıxış etməsi ölkəmizin beynəlxalq birlikdə çox ciddi rol oynadığını, irəli sürülən təşəbbüslərin diqqətə alındığını göstərir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, 130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın beynəlxalq arenada yüksək nüfuza malik olduğunu göstərir.

“Bu gün koronavirus pandemiyası bütün planeti öz cənginə alıb. Onunla mübarizə ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin bir nömrəli vəzifəsidir. Bu istiqamətdə çox işlər görülür. COVID-19-a qarşı mübarizədə birgə səylərin əlaqələndirilməsi, birgə fəaliyyət, eləcə də çətinlik çəkən ölkələrə yardım mexanizminə ciddi ehtiyac var.

Azərbaycanın hazırkı məqamda mühüm təşəbbüslə çıxış etməsi beynəlxalq birlikdə çox ciddi rol oynadığını, ölkə başçısının təşəbbüsünün diqqətə alındığını göstərir. Azərbaycan bir daha nümayiş etdirdi ki, bəşəriyyəti narahat edən hər bir məsələ ölkəmiz üçün aktualdır və Azərbaycan bu məsələlərin həllinə öz töhfəsini verməyə hazırdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   BMT   İclas   Deputat  





Xəbər lenti