“Xüsusi sessiyanın çağırılması Azərbaycanın nüfuzunu göstərir” - Azay Quliyev

“Xüsusi sessiyanın çağırılması Azərbaycanın nüfuzunu göstərir” -    Azay Quliyev
  28 İyun 2020    Oxunub:4308
"Prezident İlham Əliyevin pandemiya şəraitində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkənin yekdil dəstəyi qlobal səviyyədə həmrəyliyə olan ehtiyacı və Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir".
Azvision.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev rəsmi "Tvitter" səhifəsində yazıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü.

Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

Bildirilir ki, BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti