Mərkəzi Bank 200 milyon manat cəlb edir

Mərkəzi Bank 200 milyon manat cəlb edir
  26 İyun 2020    Oxunub:2496
İyunun 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-6,99 faiz təşkil edir.

Azvision.az



Teqlər: MərkəziBank  





Xəbər lenti