DİN-dən “Şəfa-broyler” AÇIQLAMASI

DİN-dən “Şəfa-broyler” AÇIQLAMASI
  15 Yanvar 2014    Oxunub:1747
Bu gün Daxili İşlər Nazirliyinin rəsmi saytında “Şəfa-broyler” şirkətinin müdirinin ölməsi barədə məlumat yayılıb. Bildirilib ki, Suraxanı rayonundakı “Şəfa-broyler” şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb, nəticə də müdir ölüb.

Lakin, sonradan Suraxanı rayonu polis idarəsindən bildirdilər ki, Taleh Tağıyev “Şəfa-broyler”in müdiri deyil. O, şirkətin ərazisində yerləşən başqa bir quşçuluq fermasının müdiri olub.

AzVision.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Suraxanı Polis İdarəsi nə məlumat verirsə, nazirlik də həmin məlumat yayır. Buna görə də həmin idarə ilə əlaqə saxlayın.

AzVision.az


Teqlər:  





Xəbər lenti