Birləşmiş ştatsızlar: Nəyin davası gedir? - Mehman Muradlının yazısı

  24 İyun 2020    Oxunub : 15102
   Birləşmiş ştatsızlar: Nəyin davası gedir? -    Mehman Muradlının yazısı
Son bir ilə yaxın müddətdir ki, leksikonumuza yeni-yeni sözlər əlavə edilib. Bunlardan ən yadda qalanı isə “pandemiya”dır. “Virus” sözünü də əzbərləmişik.
Pandemiya dünyanın bir parçası olan bizdən də yan keçmədi və hökümət bununla mübarizə üçün Operativ Qərəgah yaratdı. Operativ Qərəgahın qərarlarına mütləq qaydada riayət edilməsi tələb edilir və bu da qanunla tənzimlənir.

Operativ Qərərgahın qərarlarından narazı olanlar var. Bu da normaldır. Anormal olan isə tamam başqa məsələdir.

İllərlə yerli və xarici QHT-lər tərəfindən mətbuatın hüquqları və vəzifələri haqqında yerli jurnalistlərə məruzələr oxunub, təlimlər keçirilib. Həmin mühazirə və təlimlər çox vaxt qanunvericiliyə həsr edilirdi.

Lakin və amma pandemiya göstərdi ki, bu mühazirə və təlimlərin heç bir nəticəsi olmayıb.

Konkret olaraq, bir məsələnin üzərində dayanmaq istəyirəm: sərt karantin rejimində fəaliyyətlərinə icazə verilmiş KİV əməkdaşları barədə.

Sərt karantin rejimində fəaliyyətinə icazə verilmiş sahələrdən biri də mətbuatdır. Operativ Qərəgahın jurnalistlərin fəailiyyətinə icazə verilməsi, lakin bu icazənin qanunvericiliyin tələbinə əsasən həyata keçirilməsinə dair qərarı özünü “mətbuat eksperti” elan edən bəzi hüquq müdafiəçilərinin xoşuna gəlməyib. Onlar nəyə görsə, qərarın qanundankənar “jurnalist”lərin istəyinə uyğun olmasını istəyirlər.

Məsələ nədən ibarətdir ki, bu ekspertlər belə narahat olublar?

İllərdir özlərini “freelancer”, yəni “azad jurnalist” adlandıranlar və ekspertlər qanundankənar fəaliyyət göstərməkdədirlər. Bu gün isə sərt qərarların qəbul edilməsi onların bu cür fəaliyyətlərinə məhdudiyyət qoyur. Məhdudiyyət o qədər də çətin olmayan bir prosedurla həllini tapa bilər. Lakin və amma gəlin baxaq görək, onlar bunu istəyirlərmi? Görünən odur ki, istəmirlər və bu cür fəaliyyət onların vergidən yayınmağına köməkdir.

Bu ekspert və “freelancer”lər normalq qaydada vergi uçotuna durmaqla və əməkdaşlıq etdikləri mətbuat qurumları ilə “xidməti müqavilə” bağlamaqla fəaliyyətlərini davam etdirə bilərlər. Amma bunu istəmir və özlərinə qanundan kənar imunitet yaratmağa cəhd edilər. Bəhanələri də beynəlxalq praktika və KİV haqqında Azərbaycaan Respublikasının qanunundur.

Mən də bir hüquqşunas kimi etiraf edirəm ki, KİV haqqında qanunvericliyimiz çox yumşaqdır. İstənilən şəxs Ədliyyə Nazirliyinə bildiriş verib, gedib, özünə “vezdexod” redakasiya qura bilər. Bunu əziyyətini isə hər birimiz demək olar ki, hər gün çəkirik. Amma bunun özü də qanunla tənzimlənməlidir. Qanunvericilik isə tənzimlənməyə hər cür şərait yaradır və yeri düşəndə tələb də edir.

Həmin bu ekspert və freenlacelər özlərinə 20-40 manata domen alıb, olurlar jurnalist. Qeydiyyat və fəaliyyət yeri məlum olmayan bu cür redakasiyalar mülki öhdəliyi yarananda və yaxud inzibati xəta törədəndə “yoxa” çıxırlar.

P.S. "Platon mənim dostumdur, ancaq həqiqət ondan üstündür".

Mehman Muradlı,
Azərbaycan Respublikasının Vəkilllər Kollegiyasının üzvü

Azvision.az üçün

Teqlər: