İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNİB

 İlin ilk Günəş tutulması başa çatdı -  YENİLƏNİB
  21 İyun 2020    Oxunub:5110
2020-ci ilin ilk Günəş tutulması baş verib.
Azvision.az xəbər verir ki, Günəş tutulması Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb, saat 13:34-də sona çatıb.

Tutulmanın maksimum həddi saat 10:41-də olub. Təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edib.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə edilib. Prosesin halqavarı fazasını Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olub.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunub. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edib.

Azvision.az


Teqlər: Günəş   Tutulma  





Xəbər lenti