Şagirdlərin monitorinqi “Virtual məktəb”də aparılacaq

Şagirdlərin monitorinqi “Virtual məktəb”də aparılacaq
  20 İyun 2020    Oxunub:3093
Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, monitorinq məqsədi ilə “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams > General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək: "Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".

Azvision.az


Teqlər: Məktəb   Şagird  





Xəbər lenti