“Gördüyünüz işlər bir daha təsdiqləyir ki, dövlətimiz etibarlı əllərdədir” - Prezidentə yazırlar

“Gördüyünüz işlər bir daha təsdiqləyir ki, dövlətimiz etibarlı əllərdədir” -    Prezidentə yazırlar
  20 İyun 2020    Oxunub:7577
Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən Sevinc Alıyeva yazır: “Hörmətli cənab Prezident, bütün Azərbaycan vətəndaşları kimi, biz də ailəliklə Sizin kimi müdrik rəhbərimizin fəaliyyətini müşahidə edir və səylərinizi yüksək qiymətləndiririk. COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə fəxr edirik. Cənab Prezident, Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün Zati-alinizə təşəkkürümüzü bildirirəm”.

Gəncə şəhərindən Sevinc Kazımova: “Çox hörmətli cənab Prezident, bu məktubu yazmaqla Sizə - gündən-günə inkişaf edən müstəqil Azərbaycanın Prezidentinə təşəkkürümü bildirirəm və bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Sizin sayənizdə həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır. Həmçinin Sizin COVID-19 pandemiyası dövründə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məndə də qürur hissi yaşatdı və məni ruhlandırdı. Əminik ki, Sizin və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızın bu epidemiyadan az itkilərlə çıxmasına zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Bütün bunlar onu təsdiqləyir ki, dövlətimiz etibarlı əllərdədir. Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın!”.

Ağcabədinin Avşar kəndindən Ədalət Hüseynov: “Çox hörmətli cənab Prezident, paytaxt Bakı, onun rayonları, qəsəbə və kəndləri, eyni zamanda, respublikamızın bütün rayon və kəndləri Sizin böyük diqqət və qayğınız nəticəsində gündən-günə abadlaşır və inkişaf edir. Əhalinin maddi rifah halı getdikcə yaxşılaşır. Bütün bunlar, eləcə də gördüyünüz digər mühüm işlər, beynəlxalq aləmdə böyük siyasi xadim kimi misilsiz şöhrət qazanmağınız milyonlarla azərbaycanlıdan biri kimi mənim də qəlbimi sonsuz iftixar və qürur hissi ilə doldurur. İşlərinizin çox olduğu bir vaxtda imkan taparaq ölkəmizin müxtəlif bölgələrinə etdiyiniz səfərlər, sadə insanlarla görüşləriniz Sizə ümumxalq məhəbbəti qazandırıb. Cənab Prezident, belə bir unudulmaz sevinc yaşadığım rayonun əhalisinə də nəsib oldu. İyunun 4-də verdiyiniz Sərəncam Ağcabədi sakinlərinin hədsiz sevincinə səbəb olmaqla hər birimizin qəlbində silinməz izlər buraxıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, Ulu Tanrının bütün arzu və ideyalarınızın həyata keçməsində daim Sizə yardımçı olmasını diləyirəm”.

Neftçala şəhərindən Rövşən Mirzəyev: “Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, bu çətin dövrdə xalqımızı bəşəriyyəti bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri yüksək qiymətləndirir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik. Möhtərəm cənab Prezident, Ulu Tanrı Sizə və ailənizə kömək olsun!”.

Şirvan şəhərindən Dürdanə Əzizli: “Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının səsinə səs verərək hakimiyyətə yenidən qayıdışı ilə xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəlalardan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Dünyanı bürüyən pandemiya dövründə dünyanın əksər inkişaf etmiş ölkələrində belə çarpayı çatışmazlığı ucbatından xəstələrin hətta xəstəxanalara götürülmədiyi bir halda, bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilir və həkimlər onlara gecə-gündüz xidmət göstərirlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində modul tipli xəstəxanaların sayı artırılır və tikintisi surətlə davam etdirilir. Biz şirvanlılar xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz bu qərarlara görə Sizə təşəkkür edirik. Biz tam əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə qarşısına çıxan bu bəlaya qalib gələcəkdir. Allah Sizi və ailənizi qorusun!”.

Cəbrayıl rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Murad Ağayarov: “Çox hörmətli cənab Prezident, biz Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlər daim Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısını görmüşük. 1993-cü ildə erməni təcavüzü nəticəsində torpaqlarımız işğal olunduqdan sonra müvəqqəti olaraq Ceyranbatan qəsəbəsi ərazisində məskunlaşdıq, şəraitimiz çox acınacaqlı və ağır idi. 2012-ci ildə Sizin tapşırığınıza əsasən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1680 ailə üçün nəzərdə tutulan binalar inşa edildi və 2013-cü ildə biz məcburi köçkünlərə verildi. Hazırda həmin mənzillərdə çox gözəl şəraitdə yaşayırıq. Cənab Prezident, koronavirus pandemiyasının bütün dünyaya sürətlə yayıldığı zamanda Sizin vaxtında müdrik və çevik addımlarınız sayəsində bizim ölkədə virusun geniş yayılmamasının, insan ölümünün çox olmasının qarşısı alınmaqdadır. Pandemiyanın bütün dünyaya vurduğu iqtisadi zərərə baxmayaraq, bizim ölkədə abadlıq-quruculuq işləri dayanmadı və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün binaların inşası başa çatdırıldı. Ötən ay “Qobu Park 3” yaşayış kompleksinin açılışı buna əyani sübutdur. Görülən bütün bu işlər Sizin apardığınız uğurlu xarici və daxili siyasətin nəticəsidir. Biz məcburi köçkünlər hər zaman ətrafınızda sıx birləşərək Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik”.

Lənkəran rayonunun Liman şəhərindən İnqilab Nuriyev: “Çox hörmətli cənab Prezident, mənim övladım Azərbaycan Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir, ödənişli əsaslarla təhsil alır. COVID-19 pandemiyası dövründə verdiyiniz humanist tapşırıqlardan biri də ödənişli təhsil alan tələbələrin bu il üçün təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi oldu. Sözsüz ki, bu addım yüzlərlə aztəminatlı ailə kimi mənim ailəmi də sevindirdi. Cənab Prezident, Siz ölkə vətəndaşlarının hər zaman dar gündə yanında olmusunuz. Buna görə də Sizə ailəmin adından dərin minnətdarlığımı bildirirəm. İşləriniz avand olsun!”.

Azvision.az


Teqlər: Prezident   Məktub   Vətəndaş  





Xəbər lenti