Pirşağının yol infrastrukturu yenilənəcək

Pirşağının yol infrastrukturu yenilənəcək
  19 İyun 2020    Oxunub:2143
Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişinin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılıb. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunub.

Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti