Milli Qəhrəmanın oğlu Prezidentə məktub yazdı

  Milli Qəhrəmanın oğlu Prezidentə məktub yazdı
  18 İyun 2020    Oxunub:2809
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Ali Baş Komandan.

Mən Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğluyam. Sizin sayənizdə ötən il işə qəbul olundum. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə diqqət və qayğınız yüksək səviyyədədir. Bunları görməmək mümkün deyildir.

Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı yolundakı addımlarınızı bəyənən və bu dəyərlərlə yaşayan insanam. Sizə öz adımdan, ailəmin adından, Milli Qəhrəman ailələri adından, Füzuli rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.

Dünyanı bürüyən koronavirusla bağlı lazımlı addımlarınız da təqdirəlayiqdir. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz olduğu üçün biz çox da əziyyət çəkmədik. Sosial vəziyyəti aşağı olan ailələrə birdəfəlik ödəmələr və yardımlar edilməsi xalqa böyük kömək etdi. Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızı koronavirusla bağlı yaradılmış fonda ianə etməyiniz çox böyük, humanist addım idi.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizlərə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Biz - Milli Qəhrəman və şəhid övladları Sizin əsgərlərinizik. Sizin əmr və göstərişiniz kifayət edir ki, atalarımız kimi Vətənin müdafiəsinə qalxaq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub  





Xəbər lenti