AzTV-yə yeni mətbuat katibi təyin olundu

  AzTV-yə yeni mətbuat katibi təyin olundu
  17 İyun 2020    Oxunub:4974
“Azərbaycan Televiziya və Radio verilişləri” QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinə yeni rəis təyin olunub.
Azvision.az-ın məlumatına görə, bu vəzifəyə Rəfiyeva Nərgiz Ağəli qızı təyinat alıb.

Qeyd edək ki, N. Rəfiyeva 2020-ci ilin əvvəlindən həmin şöbənin rəis müavini vəzifəsində çalışıb. O, tutduğu yeni vəzifədə şirkətin inkişaf strategiyasını davam etdirəcək və şirkətin təqdim etdiyi məhsulların tanıtımını həyata keçirəcək.

N.Rəfiyeva uzun illər jurnalistika, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışıb.

Azvision.az


Teqlər: AzTV  





Xəbər lenti