Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anıldı

Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anıldı
  13 İyun 2020    Oxunub:3188
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri tərəfindən əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin şəhid olmasının növbəti il dönümündə məzarı ziyarət olunub.
Müdafi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə, 1992-ci il iyun ayının 13-də həlak olan qəhrəmanın məzarının üzərinə Müdafiə naziri adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb.

Vurğulanıb ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Sonra hərbi attaşelik aparatının əməkdaşları qəhrəmanın anası Kima Andreyevnaya Müdafiə naziri adından baş sağlığı verərək onun ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.



Azvision.az


Teqlər: Milli-Qəhrəman   Ziyarət  





Xəbər lenti