Karantini pozan 1168 nəfər məsuliyyətə cəlb edildi

  07 İyun 2020    Oxunub : 4451
 Karantini pozan 1168 nəfər məsuliyyətə cəlb edildi
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozan 1168 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan ayın 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az

Teqlər: Polis   Karantin   Cərimə