Ölkədə koronavirusdan sağalanların sayı 4024-ə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 4024-ə çatdı
  06 İyun 2020    Oxunub:3422
Azərbaycanda indiyədək koronavirusa yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Koronavirus   Xəstə   Pandemiya   Qərargah  





Xəbər lenti