Naxçıvanda rekord göstərici - Yenə heç kimin borcu yoxdur

Naxçıvanda rekord göstərici -  Yenə heç kimin borcu yoxdur
  06 İyun 2020    Oxunub:7835
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin may ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 28 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 279 min 400 manat olub. Cəmi 3 milyon 289 min 600 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Energetika   Təbii-qaz  





Xəbər lenti