Balakəndə 1,2 ton narkotik məhv edilib

Balakəndə 1,2 ton narkotik məhv edilib
  06 İyun 2020    Oxunub:2801
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti