Bakı metrosu iki günlük bağlandı

  06 İyun 2020    Oxunub : 3445
   Bakı metrosu iki günlük bağlandı
Bakı metrosu həftəsonu fəaliyyətini dayandırıb.
Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Azvision.az

Teqlər: Metro