Həftəsonu növbətçi vəkillərin hərəkətinə icazə veriləcək

  05 İyun 2020    Oxunub : 2231
Həftəsonu növbətçi vəkillərin hərəkətinə icazə veriləcək
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6-8 iyun tarixləri arasında xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının (VK) üzvlərinə də şamil olunur.
VK-dan Azvision.az -a verilən məlumata görə, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək.

Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

Azvision.az

Teqlər: VK   Vəkil