Aviasiya texnikaları muzeyə verildi - VİDEO

  05 İyun 2020    Oxunub : 2431
Aviasiya texnikaları muzeyə verildi -    VİDEO
Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində silah və texnika nümunələrinin sayı artılaraq 40-a çatdırılıb. Hazırda eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub və 1 döyüş-nəqliyyat vertolyotu birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.



Pilotlar tərəfindən “Uçan tank”, xarici görünüşünə görə isə "Timsah" adlandırılan Mİ-24V döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilirdi.
Təknəfərlik YAK-50 idman-aerobatik təlim və ikinəfərlik YAK-52 idman-aerobatik təlim-məşq təyyarələrindən hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların hazırlanmasında istifadə edilib.



Açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş top və minaatanlar, zenit raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.



Azvision.az

Teqlər: Naxçıvan   Hərbi   Muzey