Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır

Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
  04 İyun 2020    Oxunub:2539
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun saat 9:00-a kimi məhdudlaşdırılır.
Xidmətdən Azvision.az-a bildirilib ki, göstərilən müddətdə müraciətlər yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq.

Vətəndaşlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilərlər.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti