BNA-ya həftəsonu kimlər müraciət edə bilər? - AÇIQLAMA

BNA-ya həftəsonu kimlər müraciət edə bilər? -  AÇIQLAMA
  04 İyun 2020    Oxunub:3942
Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşların daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraicət etməlidirlər.

"Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. Eyni zamanda bildiririk ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu, nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti