Xüsusi rejimli xəstəxanalarda 5 mindən çox çarpayı var

Xüsusi rejimli xəstəxanalarda 5 mindən çox çarpayı var
  04 İyun 2020    Oxunub:2741
"Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var. Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün 2500 aktiv xəstə var: "Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşdiyi üçün lokalizasiyaya düşən tibb müəssisələrinin yükü artır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Xəstəxana  





Xəbər lenti