Daxili uçuşların bərpası gündəmdədir

 Daxili uçuşların bərpası gündəmdədir
  04 İyun 2020    Oxunub:3422
Daxili uçuşların bərpası gündəmdədir. Bununla bağlı hava nəqliyyatında uçuşları tənzimləyən metodiki göstərişlər hazırlanıb, təqdim edilib.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, daxili uçuşlarda gediş-gəlişlərdə laborator analizlərin keçirilməsi məsələləri qaydalara daxil edilib:

“Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara tez bir zamanda aydınlıq gələcək. Beynəlxalq uçuşlara gəldikdə isə xarici hava nəqliyyatı qurumları məlumat veriblər. Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təyyarə   TƏBİB  





Xəbər lenti