Uşaqlar koronavirus daşıyıcısı ola bilər

 Uşaqlar koronavirus daşıyıcısı ola bilər
  04 İyun 2020    Oxunub:2997
Kiçik yaşlı uşaqlar xəstəliyi daha çox asimptomatik keçirir və daşıyıcı olurlar. Bir sıra ölkələrdə 18 və 20 yaş altı şəxslərin küçəyə çıxması qadağası var.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda ölkədə belə qadağa yoxdur:

“Lakin uşaqların ehtiyac olmayan yerlərə getmələri düzgün deyil. Onlar daşıyıcı ola və infeksiyanı yaşlılara daha tez keçirə bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti