TƏBİB: Abituriyentlərin testdən keçirilməsi tələbi yoxdur

  TƏBİB:  Abituriyentlərin testdən keçirilməsi tələbi yoxdur
  04 İyun 2020    Oxunub:3548
Abituriyentlərin və onların valideynlərindən COVİD-19 testinin nəticəsinin tələb edilməsi qaydası TƏBİB tərəfindən qoyulmayıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19 testləri ölkədə xəstəlik əlamətləri olan, hər hansı tənəffüs yolları infeksiyasının simptomları olan şəxslər, koronavirusa yoluxmuş şəxslə əlaqədə olanlar, tibb işçiləri və ölkəyə xaricdən gələn vətəndaşlara edilir.

“TƏBİB tərəfindən abituriyentlərdən testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Test  





Xəbər lenti