Ramin Bayramlı: “Bu məlumatlar tamamilə yalandır”

      Ramin Bayramlı:    “Bu məlumatlar tamamilə yalandır”
  04 İyun 2020    Oxunub:5251
Sosial şəbəkələrdə insanların koronavirusdan ölməsi barədə şayiələr yayılır və vətəndaşlarımız buna inanır.

Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, vətəndaşlarda bu cür məlumatlar yanlış inama səbəb ola bilər.

“Dünyasını dəyişən şəxsin təcili tibbi yardım həkimləri tərəfindən COVİD-19 virusundan vəfat etməsi ilə bağlı arayışın verilməsi barədə məlumatlar yayılır. Bu məlumatlar tamamilə yalandır və həqiqəti əks etdirmir, şayiə xarakteri daşıyır. Bu, insanlarda inamsızlıq yaradır. Koronavirus diaqnozunun qoyulması asan iş deyil”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Məlumat   Qərargah  





Xəbər lenti