Həftəsonu qadağaları bir neçə dəfə tətbiq oluna bilər

 Həftəsonu qadağaları bir neçə dəfə tətbiq oluna bilər
  04 İyun 2020    Oxunub:3415
Koronaviruslu xəstələrin artması ilə xüsusi rejimli xəstəxanaların üzərinə böyük yük düşüb. Buna gətirib çıxaran hallar təhlil olunub. İctimai nəqliyyatda maskaların istifadə edilməməsi, metroda arzuolunmaz halların yaşanması buna səbəbdir. Hətta bunu kiçik "qələbə" kimi qələmə verirlər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həftəsonu məhdudiyyətləri bir neçə dəfə tətbiq oluna bilər: “Belə məhdudiyyətlər epidemik göstəricilər baxımından effektli, lakin iqtisadi baxımdan mənfi nəticələrə səbəb olur. Ona görə qısa müddətdə qapanmalara gedilir”.

Aytən Zəhra
Azvision.az





Teqlər: Təbib   Qərargah  





Xəbər lenti