Milli Məclisin Sədri əhaliyə müraciət etdi

 Milli Məclisin Sədri əhaliyə müraciət etdi
  04 İyun 2020    Oxunub:3527
Milli Məclisin Sədri Sahibə Qafarova ölkə əhalisinə müraciət edib.
Azvision.az -ın məlumatına görə, müraciətdə bildirilib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır.

"2020-ci il fevral ayından başlayaraq, ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirlər üçün dövlətin bütün müvafiq qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizmin formalaşdırılması üçün müvafiq göstərişlər verib.

Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayı kəskin artması ilə nəticələnib. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq".

Müraciətdə qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasınının nəzərə alınmasının vacibliyi vurğulanıb: ”Hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın. Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi siz - əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasına yönəlib”.

Azvision.az


Teqlər: Milli-Məclis   Spiker  





Xəbər lenti